Məkanlarınızı estetik, funksional və müasir standartlara uyğun şəkildə tam təhvil veririk.
Proland Group, fitout işləri sahəsində peşəkar həllər təklif edən təcrübəli şirkətdir. Şirkətimiz, interyerin layihələndirilməsi, təmiri və tam təchizatı üzrə geniş xidmətlər təqdim edir. Biz həm kommersiya obyektləri, həm də yaşayış sahələri üçün yüksək keyfiyyətli fitout həlləri təklif edirik.
Proland İnşaat, müasir interyer dizaynları yaratmaq üçün yenilikçi yanaşmalardan istifadə edir. Hər bir layihə üçün individuallığı və funksionallığı nəzərə alaraq xüsusi həllər təqdim edirik. Bizim mütəxəssislər, hər bir məkanı unikal və estetik görünüşə sahib etmək üçün müxtəlif materiallardan və rəng palitralarından istifadə edir.
Fitout işlərimizə divarların və tavanların bəzədilməsi, döşəmə örtüklərinin quraşdırılması, işıqlandırma sistemlərinin layihələndirilməsi və digər interyer elementlərinin quraşdırılması daxildir. Proland İnşaat, hər bir məkanı müasir standartlara uyğun şəkildə təchiz edir və estetik baxımdan mükəmməl nəticələr təqdim edir.
Konsepsiyadan başlayaraq son mebel quraşdırılmasına qədər hər şey.
Dekorativ boyalar, divar kağızları, asma tavan sistemləri və alçıpan fiqurlarının incə işçiliklə işlənməsi.
Parket, laminat, kafel-metlax və xüsusi epoksid örtüklərin beynəlxalq standartlara uyğun quraşdırılması.
Məkanın ab-havasını dəyişən gizli işıqlar, lüsturlar və avtomatlaşdırılmış işıq idarəetmə sistemləri.
Ofis, mağaza və restoranların brend kimliyinə uyğun xüsusi interyer həlləri və təchizatı.
Səs izolyasiyalı divar panelləri və səs keçirməyən xüsusi arakəsmə sistemlərinin qurulması.
Layihəyə uyğun mebel seçimi, istehsalı və məkan daxili erqonomik yerləşdirilməsi.
Biz Proland Group olaraq inanırıq ki, düzgün işlənmiş interyer həm iş məhsuldarlığını, həm də yaşayış keyfiyyətini artırır. Bizim fitout xidmətlərimiz müasir interyer tələblərinə cavab verən innovativ həllərlə zəngindir.
Peşəkar fitout xidməti ilə iş yerinizi və ya evinizi müasir sənət əsərinə çevirək.
Dizaynı Planlaşdırın